Otel haqqında

Otel haqqında

Şəhərin tam mərkəzində, Fəvvarələr meydanında yerləşən Azcot Otel Sizə nömrələrdə səhər yeməyi daxil olmaqla yerləşdirilmə təklif edir. 19-cu əsrdə tikilmiş binamız iri ofislərdən, biznes-mərkəzlərindən və səfirliklərdən, restoran, kinoteatr, teatr, mağazalar, bulvar və İçəri şəhərin tarixi hissəsindən cəmi bir neçə addımda yerləşir.


Buna görə, Azcot Otel həm biznes-səfər, həm də istirahət üçün yararlıdır.


Azcot Otel sərfəli qiymətlərlə həm məhdud büdcəli səyahətçilər, həm də şəhərin tam mərkəzində qalmaq istəyən korporativ qruplar üçün yerləşdirmə təklif edir.


Azcot Oteldə qadığınız müddətdə gəldiyiniz andan gedəcəyiniz vaxta qədər Sizə hər bir şərait təşkil olunacaq.


Sizi bizim, turizm və mehmanxana menecmenti sahəsində biznesin aparılmasında kifayət qədər təcrübəsi olan, habelə bir neçə xarici dili (ingilis, rus, alman, türk dillərini) yüksək səviyyədə bilən, gülərüz heyətimiz qarşılayacaq.

Yerləşdiyi yer

Azcot Oteli şəhərin tam mərkəzində, metro stansiyasından və avtobus dayanacaqlarından, habelə Mərkəzi dəmiryol vağzalından bir neçə addımda yerləşir.


Rahat ünvan qonaqlarımıza şəhərin istənilən nöqtəsinə tez bir zamanda çatmağa imkan verir.


Heydər Əliyev adına Hava limanına - 23,4 km / 30 dəq;

Dəmiryol vağzalına - 750 m / 7 dəq;

Beynəlxalq avtovağzala - 8 км / 22 dəq.